Həvəskar üzgüçü Sevda Zülfüqarlı Xəzər dənizinin dərinliklərinə enərək Azərbaycan bayrağını dalğalandırıb.
Xezerxeber.az-ın məlumatına görə, Sevda Zülfüqarlı illərdir ki, arzusunda olduğu xəyalını reallaşdırıb.
O, uzun müddət hazırlaşdıqdan sonra peşəkar dalğıcların müşayiəti ilə Xəzərin dərinliyinə enərək üçrəngli Azərbaycan bayrağını dalğalandırıb.
Sevda Zülfüqarlı deyir ki, çəkiliş prosesi zamanı gözlənilmədən çətinliklə üzləşiblər. Qəfildən yağış başladığından onlar üçün çətin olub.
Həvəskar dalğıc bundan sonra daha çətin şəraitdə bayrağımızı dalğalandırmağı düşünür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: