Xəzər Xəbər

Yetkinlik yaşına çatmayan oğlu ilə oğurluğa getdi VİDEO

Veb TV | 21:34 • 4 Sentyabr 2020
Yetkinlik yaşına çatmayan oğlu ilə oğurluğa getdi

Gədəbəydə qadına qarşı soyğunçuluq edilib. Hadisəni törədən ata və onun yetkinlik yaşına çatmayan oğlu saxlanıblar.

 

Gədəbəyə qonaq gedən səxş burada oğlu ilə birlikdə oğurluq edib.

 

 

Şabran rayon sakini Natiq Zülfüqarov yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə, parkda gəzən qadının üzərində pul gördükdən sonra onu izləməyə başlayıblar.Qadını yaşadığı ünvana qədər təqib edən (dırnaqarası ) "qəhrəmanlar" orada öz çirkin niyyətlərini reallaşdırıblar.

 

Saxlanılan şəxslər törətdikləri əməli etiraf edərək ələ keçirdikləri mobil telefonu satdıqlarını, pulu isə xərclədiklərini deyiblər.Bundan başqa istintaq zamanı atanın Şəmkir rayonu ərazisində oğurluq etdiyi, yetkinlik yaşına çatmayan oğlunun isə Bakıda soyğunçuluq törətdiyi məlum olub.

 

Hər iki şəxs barəsində Gədəbəy rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar