Ölkəmizdə özəl icra məmurlarının xidmətindən də istifadə edilə bilər. Bununla bağlı xarici ölkələrin təcrübəsi öyrənilib və Ədliyyə Naziliyi tərəfindən layihə hazırlanıb. Sənəd hazırda razılaşdırılma mərhələsindədir .
Ölkəmizdə özəl icra məmurları fəaliyyət göstərə bilər.
Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev bildirib ki , bir çox ölkənin qanunvericiliyində bu məsələ geniş öyrənilib. Bununla bağlı xüsusi işçi qrupu yaradılıb, layihə hazırlanıb .
Fərid Əfəndiyev deyib ki, özəl icra ilə dövlət icra məmurları arasında iş bölgüsü olacaq.İndiyədək icra məmurları xidməti dövlət qulluqçuları olduqları üçün əmək münasibətləri də əmək qanunvericiliyi ilə tənzimlənib.
Onu da qeyd edək ki, bu yenliklər "Dövlət başçısının ötən il aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında fərmanında nəzərdə tutulub.