Xəzər Xəbər

Bakıda kran yaşayış binasının üstünə aşdı VİDEO

Veb TV | 21:48 • 4 Sentyabr 2020
Bakıda kran yaşayış binasının üstünə aşdı

Bakıda kran doqquz mərtəbəli yaşayış binasının üzərinə aşıb. Hadisə nəticəsində kranın sürücüsü yerindəcə vəfat edib. Bundan başqa 6 avtomobilə və 3 evə ziyan dəyib. Hadisə ilə bağlı cinayət işi başlanıb.

 

 

Kranın yaşayış binasının üzərinə aşması nəticəsində faciəvi hadisə baş verib

 

 

Hadisə Nərimanov rayonu Mövsüm Sənani küçəsi 41 ünvanında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar, Daxili işlər nazirliklərinin və Baş Prokurorluğun əməkdaşları gəliblər.

 

 

Məlum olub ki, ölən şəxs kranın sürücüsü 1983-cü il təvəllüdlü Cəfərov Elvin İbrahim oğludur. İlkin məlumata əsasən hadisə zamanı 3 evə və binanın yaxınlığında park edilən 6 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

 

 

Məlum olub ki,ərazidə tikintini aparan ''Qaranti İnşaat 2012'' Məhdud Məsuliyyətli Cəmiyyət olub. Məsələ ilə bağlı şirkətin hüquqşunası Fərid Həsənovun sözlərinə görə, bu ilin iyun ayının 20-də karanın sahibi olduğu "Kran Group MMC" ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən "Kran Group MMC" tikinti məqsədi ilə həmin kranı ərazidə quraşdırıb onlara təhfil verməli idi.

 

''Kran Group MMC"nin nümayəndəsi olduğunu deyən Ceyhun Nağıyev qarşı tərəfin ittihamlarına cavab olaraq bildirib ki, hadisə texniki nasazlıq səbəbindən baş verib. Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. İlkin araşdırmalarla müəyyənləşib ki, qeyd edilən ünvanda "Qarant İnşaat 2012" MMC tərəfindən inşa olunan hündürmərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı sifariş əsasında fəalliyət göstərən "Kran Group" MMC-yə məxsus kranın işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədilə sürücü kabinəsinə qalxmış 1983-cü il təvəllüdlü Elvin Cəfərov kranın aşması nəticəsində hadisə yerində ölüb, o cümlədən həmin ərazidə olan 6 avtomobil və kranın üzərinə aşdığı 9 mərtəbəli yaşayış binasının 3 mənzilinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki,Baş verən hadisə səbəbindən Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş bir neçə saat bağlanıb. Nəticədə də yolda tıxac yaranıb.

Xəbər lenti

Çox oxunanlar