Xəzər Xəbər

DYP: Tibbi çantası olmayan sürücüləri cərimə gözləyir - VİDEO

Veb TV | 19:45 • 4 Sentyabr 2020
DYP:

Yol polisi sürücülərə xəbərdarlıq edib. Avtomobilində tibbi çantası olmayan sürücülər cərimə ediləcək. Bununla bağlı sabahdan yol polisi şəhər ərazisində reydlər keçirəcək. Bəs tibbi çantası olmayanlar nə qədər cərimə ediləcək?

 

 

Avtomobilində tibbi çantası olmayan sürücülər cərimə ediləcək.

 

 

 

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Toğrul Nəsirli deyib. O, bildirib ki, bu, ''Yol hərəkəti haqqında'' qanunla tənzimlənir. Nəqliyyat vasitəsində dərman qutularının olmaması inzibati xəta tərkibi yaradır və sürücülər 10 manat məbləğində cərimə edilir. Bu səbəbdən də polis avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyi ilə bağlı xəbərdarlıq edib.

 

 

 

Toğrul Nəsirli deyir ki, yol polis əməkdaşları mütəmadi olaraq avtomobillərdə yoxlamalar aparacaqlar. Məqsəd sürücüləri cərimələmək yox, onların və digər hərəkət iştrakçılarının təhlükəsizliyini təmin etməkdir.


Sürücülər də edilən xəbərdarlığı normal qarşılayırlar. Onlar tibbi çantanın olmamasına görə tətbiq edilən cərimə məbləği ilə bağlı maraqlı təklif də ediblər.


Yol polisi onu da bildirir ki, sürücülər baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ilkin tibbi yardım göstərməyi də bacarmalıdır.

 

 

 


Xəbər lenti