2016-cı il aprel döyüşlərində şəhid olmuş hərbi qulluqçular - Adil Adilzadə və Teymur Qasımovun Mingəçevirdə yaşayan ailələri üçün yeni mənzillər inşa edilir. Fərdi yaşayış evləri 1-ci Vitse Prezident Mehriban Əliyevanın göstərişinə əsasən tikilir.
Mingəçevirdə şəhid ailələri üçün tikilən fərdi yaşayış evlərində işlər sürətlə davam edir. Evlər 1-ci vitse prezident Mehriban Əliyevanın göstərişinə əsasən inşa edilir.
Belə evlərdən biri 2016-cı ildə aprel döyüşlərində şəhid olmuş Teymur Qasımovun ailəsinə aiddir. İş icraçısı bildirib ki, yaxın günlərdə evin dam örtüyü vurulacaq. Qeyd edilib ki, Şəhid Teymur Qasımovun ailəsinin yaşadığı ev 80 il əvvəl inşa edildiyindən istismar müddətini başa vuraraq yarasız vəziyyətə düşüb. Elə bu səbəbdən köhnə ev sökülürək, yerində yenisi inşa edilib.
Şəhid Teymur Qasımovun anası Gülnarə xanım bildirir ki, evin tikilməsi ilə bağlı müraciətə dərhal baxılıb və tez bir zamanda tikintiyə start verilib. Gülnarə Qasımova vurğulayıb ki, hazırda kirayədə yaşayırlar və tezliklə rahat yeni mənzilə köçəcəklər.
2016-cı il aprel döyüşlərində şəhid olmuş Adil Adilzadənin ailəsinə məxsus evdə də işlər sürətləndirilib. Hər iki evin yaxın zamanda istifadəyə verilməsi planlaşdırılır.