Xəzər Xəbər

Sumqayıtda qanla dolu flakonları küçəyə atdılar VİDEO

Veb TV | 19:25 • 4 Sentyabr 2020
Sumqayıtda qanla dolu flakonları küçəyə atdılar

Sumqayıtda küçəyə qanla dolu flakonlar atılıb. Maraqlısı budur ki, qan analizləri atılan flakonlar doğum evinin yaxınlığıdır. Ərazidə klinika da var. Analizlərin hansı xəstəlik üçün olduğu isə bəlli deyil. Flakonların küçəyə kim tərəfindən atılması haqda da heçbir məlumat yoxdur.

 

Sumqayıtda qan analizləri ilə dolu flakonlar küçəyə atılıb.

 

 

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Video görüntünü lentə alan vətəndaş iddia edir ki, qanla dolu falokonlar küçənin ortasına qəsdən atılıb.

 

 

Görüntülər sosial şəbəkədə yayıldıqdan qısa müddət sonra isə ərazi təmizlənib.

 

 

Məsələ ilə bağlı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, sözügedən görüntülər Sumqayıt şəhəri 1 saylı Doğum Evinin həyətində yox, küçədə çəkilib. Həmin flakonlar doğum evinə aid deyil. Onların əraziyə kim və ya kimlər tərəfindən atıldığına dair məlumat isə yoxdur. Yəqin ki, aidiyyatı qurumlar məsələni nəzarətə götürərək flakonların oraya necə atılması məsələsini araşdıracaqlar.


Xəbər lenti