Xəzər Xəbər

Bakıda qaldırıcı kran yaşayış binasının və maşınların üstünə aşıb, bir nəfər ölüb - VİDEO

Veb TV | 15:29 • 4 Sentyabr 2020
Bakıda qaldırıcı kran yaşayış binasının və maşınların üstünə aşıb, bir nəfər ölüb -

Bakıda qaldırıcı kran aşıb.


Hadisə Bakının Nərimanov rayonu ərazisində qeydə alınıb.


Yeni binanın tikintisində istifadə olunan kranın bir hissəsi yaşayış binasının üstünə, digər hissəsi isə yaxınlıqda park edilmiş maşınların üstünə aşıb.


Nəticədə yaşayış binasına və 6-7 maşına ziyan dəyib.


Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, hadisə bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə baş verib: "Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik".


Səhiyyə Nazirliyindən bildirilib ki, Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb.


Məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.



Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar