Xəzər Xəbər

DƏHŞƏTLİ HADİSƏ: Evdə 5 uşağın meyiti tapıldı - VİDEO

Veb TV | 15:52 • 4 Sentyabr 2020
DƏHŞƏTLİ HADİSƏ:

Almaniyanın Zolingen şəhərində polis mənzillərindən birində 5 uşağın meyitini aşkarlayıb.


"BBC” xəbər verir ki, polis uşaqların ölümündə ananın təqsirkar olduğu barədə versiyaya üstünlük verir.


Ölkənin daxili işlər naziri Herbert Roylun sözlərinə görə, uşaqların meyitlərini digər şəhərdə yaşayan nənə tapıb.


Nazir həmçinin bildirib ki, 27 yaşlı ana 11 yaşlı oğlu ilə Düsseldorf vağzalında sui-qəsd etməyə cəhd edib. Qadın ağır travmalar ilə xəstəxanadadır, oğlu xəsarət almayıb və qohumların yanına göndərilib.


Polisin məlumatına əsasən, ölən qardaş və bacılar bir yaşdan 8 yaşa qədər olublar./Report


Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar