Xəzər Xəbər

Prezident İlham Əliyev Yunanıstanı sərt tənqid etdi VİDEO

Veb TV | 21:01 • 3 Sentyabr 2020
Prezident İlham Əliyev Yunanıstanı sərt tənqid etdi

Ötən gün Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edərkən onun ölkəsini sərt tənqid etdi. Millət vəkilləri və politoloqlar bildirirlər ki, bu cür tənqidə səbəb Yunanıstan hökumətinin Azərbaycana qarşı yanaşmasıdır. Prezident İlham Əliyevin "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik" deməsi isə iki ölkə arasındakı qardaşlığın bariz nümunəsidir. Bu həm də Türkiyəni təkləməyə çalışan bütün güclərə verilmiş bir mesaj idi.

 

 

 

Prezident İlham Əliyev zəngin idarəçilik təcrübəsinə malik, diplomatiyanın incəliklərini bilən liderlərdən biridir. Ötən gün dövlət başçısının Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən onun ölkəsini tənqid etməsi də yüksək diplomatik gedişlərdən biri idi. Bu məsələ Azərbaycanın öz mövqeyində və tənqidində nə dərəcədə qətiyyətli olduğunu göstərdi.

 

 

Millət vəkilləri bildirirlər ki, bu qədər sərt tənqidə səbəb Yunanıstan hökumətinin Azərbaycana qarşı davranışlarıdır. Belə ki,Yunanıstanın enerji təhlükəsizliyində gələcəkdə Azərbaycan çox mühüm rol oynamağa çalışırdı. Lakin sözügedən dövlət hüquqazidd hərəkətlərlə bunun qarşısını aldı. İkinci narahatlıq doğuran məsələ ilə Yunanıstanın işğalçı dövlət olan Ermənistana dəstəyidir.

 

 

Səfirin etimadnaməsini qəbul edərkən Prezident İlham Əliyevin Türkiyəyə göstərdiyi dəstək isə təkcə Yunanıstana yox, Aralıq dənizi hövzəsindəki, Türkiyəni təkləməyə çalışan bütün güclərə verdiyi bir mesaj idi. Millət vəkillərinin sözlərinə görə, Türkiyənin dəstəklənməsi yeri gələndə bir millətin eyni dövləti kimi davrana biləcəyinin göstəricisidir. Bu, eyni zamanda iyul ayında Ermənistanın Tovuz rayonu istiqamətində təxribatlar törətməsindən sonra Türkiyənin Azərbaycana verdiyi dəstəyə bir jestdir.

 

 

Azərbaycanın Türkiyəyə açıq şəkildə dəstək nümayiş etdirməsi nə ilkdir, nə də son. Belə ki, 2014-cü ilin aprelində Şərq Tərəfdaşlığı Ölkələrinin Sammitində Prezident İlham Əliyev Ermənistan dövlət başçısının Türkiyəni ittiham edən çıxışına sərt cavab vermişdi. Həmçinin, 2015-ci ildə Türkiyə səmasında Rusiya təyyarəsi vurulanda rəsmi Ankara ilə Moskva arasında böyük gərginlik yaşandı. Həmin dövrdə də bir sıra türk dövlətləri tərəddüd edərkən Prezident İlham Əliyev açıq şəkildə Türkiyəni dəstəklədiyini bildirmişdi.

Xəbər lenti

Çox oxunanlar