Xəzər Xəbər

Gəncədə dağılan bina yenidən tikilərək istifadəyə verildi - mənzillərə təbii qaz niyə verilmir? - VİDEO

Veb TV | 20:50 • 3 Sentyabr 2020
Gəncədə dağılan bina yenidən tikilərək istifadəyə verildi -

Təxminən 2 il əvvəl Gəncədə qaz sızmasından partlayan bina yaşayış üçün yararsız hala düşdüyündən dövlət vəsaiti hesabına yenidən tikilib və istifadəyə verilib. Artıq bu ilin may ayından sakinlər evlərinə köçməyə başlayıblar. Ancaq bina elektrik enerjisi və su təchizatı ilə təmin olunsa da, mənzillərə hələ də təbii qazın verilişi gecikir. Məsələyə "Azəriqaz" İstehsalat Birliyindən münasibət bildirilib.

 

 

 

Partlayış zamanı yararsız hala düşən bina yenidən inşa olunaraq istifadəyə verilsə də, mənzillər hələ də qazla təmin olunmayıb.

 

 

Söhbət Gəncə şəhəri Şahlar Hüseynov A ünvanında yerləşən binadan gedir. 2018-ci ilin noyabrında qaz sızmasından partlayaraq yararsız hala düşən bina artıq 3 aydır ki, tikilərək sakinlərin istifadəsinə verilib. Ancaq yaşayış binasının qaz xətləri çəkilib, sayğacları quraşdırılsa da, o vaxtdan indiyə qədər mənzillərə təbii qaz verilməyib.

 

 

Sakinlər deyirlər ki, qaz verilmədiyindən məcbur olub balonla qaz alırlar.

 

 

"Azəriqaz" İstehsalat Birliyindən Xəzər Xəbər-ə bildirildi ki, mənzillərin qazla təmin olunması üçün müvafiq qurumlardan hələ razılıq gəlmədiyindən təbii qazın verilməsi indiyə qədər təxirə salınıb.

 

 

Qeyd edək ki, 2 il əvvəl qaz sızmasından partlayaraq yararsız hala düşən bina dövlət vəsaiti hesabına yenidən tikilərək bu ilin may ayında istifadəyə verilib.

Xəbər lenti

Çox oxunanlar