Xəzər Xəbər

Amerikada top həkim seçilən azərbaycanlı VİDEO

Veb TV | 20:24 • 3 Sentyabr 2020
Amerikada top həkim seçilən azərbaycanlı

Növbəti reportajımız azərbaycanlı həkimlərdən birinin uğuru haqqındadır.17 ildir ABŞ-da yaşayan həkim-professor Nərgiz Muğanlinskaya 2018 və 2019-cu illərdə həkimlər arasında keçirilmiş sorğunun nəticələrinə görə Amerika Birləşmiş Ştatlarınınən yaxşı 100 həkimindən biri kimi qəbul edilib. Həmyerlimiz ''con Hopkins Universiteti"ndə rezidenturadanməzun olduqdan sonra, uğurlarına görə universitet rəhbərliyində işləyib. Hazırda isə ən prestijli klinikların birində direktor vəzifəsində çalışır. ABŞ-dakı əməkdaşlarımız həmyerlimiz olan həkimlə həmsöhbətolublar.

Azərbaycanlı həkim öz bacarığı və peşəkarlığı ilə ABŞ-da çox tanınır.

Söhbət həkim - terapevt Nərgiz Muğanlinskayadan gedir. O, hazırda ABŞ-ın ən böyük xəstəxanalarından biri olan "Anne Arundel Tibb Mərkəzi"inin "terapiya və daxili xəstəliklər" üzrə rezidentura şöbəsinin qurucusu və direktoru vəzifəsində çalışır. Həmyerlimiz artıq 2 ildir ki, ABŞ-ın ən yaxşı 100 həkimindən biri kimi qəbul edilir.

Nərgiz Muğanlinskaya həmçinin uzun illər ABŞ-da COVID-19`la bağlı rəsmi məlumatların paylaşıldığı, dünyanın ən böyükelmi-tədqiqat mərkəzi olan "Con Hopkins Universiteti"ndə müəllim işləyib. O, hazırda işlədiyi tibb ocağında ilk gündən bu günə qədər koronaviruslu xəstələrin müalicə prosesində birbaşa iştirak edir. Müsahibə zamanı həmyerlimiz Azərbaycan hökumətinin koronavirusa qarşı mübarizə sahəsindəki işlərə də toxunub.

Nərgiz Muğanlinskaya ABŞ-da ali təhsil alan azərbaycanlı həkimlərə dəstək olduğunu, bundan sonra da köməyini əsirgəməyəcəyini deyir.


Xəbər lenti

Çox oxunanlar