Xəzər Xəbər

Stansiya Sumqayıt sakinləri sözün əsil mənasında zibilə düşüb VİDEO

Veb TV | 20:21 • 3 Sentyabr 2020
Stansiya Sumqayıt sakinləri sözün əsil mənasında zibilə düşüb

Sumqayıt şəhərində yaşayan bir qrup sakin sözün əsil mənasında zibilə düşüb. Stansiya Sumqayıt adlanan ərazidə nə normal yol var, nədə ki, zibil qutuları. Hər tərəfi üfunət iyi basıb. Aidiyyatı qrumlar isə problemin tezliklə həll olunacağını vəd edir.




Toyuq, cücə, qoyun, hətta iribuynuzlu heyvan leşləri atılıb. Söhbət şəhərin Stansiya Sumqayıt adlanan ərazisindən gedir.



Ətrafda yaşayan sakinlər deyir ki, yola qədər çıxan zibillik əlindən burada yaşamaq mümkün deyil. Ərazi natəmizlikdir.




Bildirilib ki, iki ildən çoxdur əraziyə məişət tullantıları atılır. Pandemiya dövründə uşaqların bu zibillikdə oynaması isə hər hansı bir qorxulu xəstəliyə yoluxmalarına yol aça bilər. Hətta hər ay zibilə görə, onlardan pul da yığılır. Lakin ətraf lazımınca təmizlənmir.



Məsələ ilə bağlı Sumqayıt şəhər təmizlik departamentindən bildirilib ki, qeyd olunan ərazidə mütəmadi olaraq təmizlik işləri görülsə də, sakinlər tullantılarını hara, necə gəldi atır. Artıq məsələ ilə bağlı işlər həyata keçirilir. Yaxın vaxtlarda əraziyə zibil qutularının qoyulması da planlaşdırılır.


Xəbər lenti

Çox oxunanlar