Xəzər Xəbər

Kənd yolları asfaltlanır VİDEO

Veb TV | 20:10 • 3 Sentyabr 2020
Kənd yolları asfaltlanır

Yollar asfaltlanır, sıradan çıxmış dəmir-beton borular bərpa olunur. Lənkəranda40 km-ə yaxın avtomobil yollarımüasir şəkildə yenidən qurulur. Məqsəd 16 kənddə yaşayan 40 min nəfərə yaxınsakinin rahat gediş-gəlişini təmin etməkdir.

Yollar genişləndirilərək müasir tələblər səviyyəsində asfaltlanır.

İyun ayından etibarən dövlət başçısının ayrıdığı vəsait hesabına Lənkəran rayonunda kənd yollarının yenidən qurulması işləriaparılır. Rayonun 16 kəndində aparılan asfaltlama işləri artıq Kərgəlan, Darquba, Lüvəsər, Kosalar və Bəlləbur kəndlərini birləşdirən hissədə başa çatdırılıb.

Köhnəlib sıradan çıxmış su ötürücü kanallar əsaslı şəkildə təmir olunub,yol boyunca abadlıq işləri görülüb.Həyata keçirilən asfaltlama işləriyerli sakinlər tərəfindən böyük razılıq hissi ilə qarşılanıb.

Kosalar kəndində də vətəndaşların müraciətindən sonra asfaltlanma işləri aparılıb.Yenidənqurma işləri çərçivəsindətorpaq yatağının yararsız hissələri qazılıb çıxarılıb, yol əsasının alt və üst layının inşası aparılıb.Yolboyu yaşayan vətəndaşlarınbecərdikləri kənd təsərrüfatı məhsullarının suvarılmasıüçün yolun altından suların ötürülməsi məqsədi ilə sıradan çıxmış mövcud dəmir-beton borular bərpa olunub.

Kənd yollarının asfaltlamaişləri yekunlaşdıqdan sonraavtobus dayanacaqları da quraşdırılacaq.

Rayonun 16 yaşayış məntəqəsindən keçən 40 km-ə yaxın avtomobil yolunun yenidən qurulması iləminlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişi təmin ediləcək..

Xəbər lenti

Çox oxunanlar