Xəzər Xəbər

Bakının bu küçəsində avtomobillər hərəkət edə bilməyəcək VİDEO

Veb TV | 19:43 • 3 Sentyabr 2020
Bakının bu küçəsində avtomobillər hərəkət edə bilməyəcək

Paytaxtın daha bir küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı gözlənilir. Bununla bağlı Bakı Abadlıq Xidməti təklif irəli sürüb. İdeya həyata keçərsə Nizami küçəsindən qış parkına kimi olan İslam Səfərli küçəsi piyadaların ixtiyarına veriləcək. Bununla yanaşı yaxın zamanlarda Təzə Pir Məscidinin ətrafındakı küçələrdə də əsaslı abadlıq işi aparılacaq.

Bakıda yalnız piyadaların hərəkətinə icazə verilən küçələrinin sayının artırılması təklif edilir. Məqsəd Paytaxtın turizm potensialını inkişaf etdirmək və tarixiliyini qoruyub saxlamaqdır.

Təklif edilən yeni layihə ilə bağlı Bakı Abadlıq Xidmətinin baş memarı Elçin Əliyev ''Xəzər Xəbər''ə məlumat verib.Onun sözlərinə görə İslam Səfərli küçəsihələ 19-cu əsrin sonlarında Bakıda yalnız piyaların hərəkətinə icazə verilən və işıq dirəklərinin qoyulduğu ilk küçəolub.Üstəlik yol boyu çoxlu sayda tarixi memarlıq abidələri də mövcuddur.

Bu yeniliyə vətəndaşların münasibəti isə birmənalı deyil.

Memarın sözlərinə görə hazırda bu təkliflər üzərində iş aparılır. Aidiyyatı dövlət qurumları ilə razılaşdırılarsa layihələrin icrasına başlanıla bilər.Bu arada Nizami küçəsinin ətrafındakı yollardan sonra Təzə pir Məscidinin yaxınlığındakı küçələrdə də abadlaşdırma işləri aparılır.

Təzə Pir məscidinin yaxınlıqında aparılacaq abadlıq işlərinin növbəti il ərzində başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti