Xəzər Xəbər

Valideynlər məktəbli formaları almağa başladılar VİDEO

Veb TV | 20:45 • 2 Sentyabr 2020
Valideynlər məktəbli formaları almağa başladılar

Sentyabrın 15-ə az bir zaman qalıb və məktəbli formaları ilə bağlı məsələ yenidən gündəmə gəlib. Məktəbli formalarının satışında canlanma müşahidə edilir. Bəs görəsən qiymətlərdə hansısa dəyişiklik varmı ?

Yeni dərs ilinin açılmasına sayılı günlər qalmış məktəbli formasına tələbat artıb. Əvvəlki illərdəki kimi sıxlıq olmasa da, forma almaq üçün müraciət edənlərin sayı gündən-günə artır.

"Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimovun sözlərinə görə, gün ərzində 5-10 dəst məktəbli forması satılır.

Şöbə müdiri onu da qeyd edib ki, müəssisədə məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Məsələ ilə bağlı Təhsil Nazirliyindən verilən məlumata görə, məktəbli formalarında heç bir dəyişiklik olmadığından, şagirdlər ötən ilki məktəb geyimlərindən də istifadə edə bilərlər.

Xəbər lenti

Çox oxunanlar