Xəzər Xəbər

İsmayıllıda mal-qara oğurlayan “dost”lar saxlanıldı VİDEO

Veb TV | 20:01 • 2 Sentyabr 2020
İsmayıllıda mal-qara oğurlayan “dost”lar saxlanıldı

İsmayıllıda mal-qara oğurlayan "dost"lar saxlanıb. Onlar kəndlərdən oğurladıqları iribuynuzlu heyvanları Şamaxı, Bərdə və İsmayıllı rayonlarında satıblar. Maraqlısı budur ki, tutulan oğrular başqalarına nəsihət verməyi də unutmayblar.

Başqasının heyvanını oğurlayıb, satıb, tutulanda isə nəsihət verir.

İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Qəzli və Quşencə kəndlərinin 4 nəfər sakini onlara məxsus iribuynuzlu mal-qaranın oğurlanması barədə məlumat veriblər. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan 7 baş iribuynuzlu heyvanı oğurlayan şəxslərin rayonun Quşencə kənd sakinləri Rasim Alızadə və İsrəfil Alızadə olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanıb.

Saxlanılan şəxslər ifadələrində oğurladıqları heyvanları Şamaxı, Bərdə və İsmayıllı rayonlarında satdıqlarını, əldə etdikləri pulu isə öz əyləncələri üçün xərclədiklərini bildiriblər.Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar