Xəzər Xəbər

Ölkə vətəndaşlarının 94,6 faizi Prezidentə inanır və ona etimad göstərir VİDEO

Veb TV | 20:32 • 2 Sentyabr 2020
Ölkə vətəndaşlarının 94,6 faizi Prezidentə inanır və ona etimad göstərir

Vətəndaşların Prezident İlham Əliyevə olan inam və etimadı yükək olaraq qalır. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri belə deməyə əsas verir. Ölkə başçısının pandemiya ilə mübarizədəki fəaliyyəti də yüksək qiymətləndirilib. Nazirlər Kabineti yanında Operativ Qərargaha olan yüksək münasibət isə xeyli azalıb.

''İctimai rəy sorğusunun nəticələrinə əsasən respondentlərin mütləq əksəriyyətinin prezident İlham Əliyevə olan inam və etimadı yüksək olaraq qalır. Belə ki, rəyi öyrənilənlərin 70.%-i inam və etmadının dəyişməyərək yüksək olduğunu bəyan edib. 24.6% respondent isə dövlət başçısına olan inam və etimadının artdığını birmənalı şəkildə qeyd edib.''

Bu göstəricilər Sosial Tədqiqatlar Mərkəzinin ''İnam İndeksi'' nəşrinin cari ilin aprel-iyun aylarını əhatə edən 3-cü buraxılışında öz əksini tapıb. Keçirilən rəy sorğusunun Nəticələrinə əsasən Prezident İlham Əliyevin pandemiya ilə mübarizə çərçivəsində fəaliyyətini respondentlərin 72.8%-i çox səmərəli, 22.-i isə əsasən səmərəli qiymətləndirib.

Respondentlərin mütləq əksəriyyəti -70.7%-i dövlət başçısının ordu quruculuu istiqamətindəki fəaliyyətini çox səmərəli, 24.6%-i isə əsasən səmərəli hesab edir. Yalniz 2.5% respondent əksmövqedən çıxış edib. Rəyi soruşulanların 2.2%- i isə bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkdiyini bildirib.Prezident İlham Əliyevin təhlükəsizlik və xarici siyasətdəki fəaliyyətinə də yüksək qiymət verilib.

Rəy sorğusuna əsasən53.9% respondent prezident İlham Əliyevin kadr islahatlarını çox səmərəli, 32 faizi isə əsasən səmərəli hesab edir. Dövlət başçısının kadr islahatları istiqamətində həyata keçirdiyi yeni kursu çox səmərəli qiymətləndirən 53.9% respondentin 81.2%-i korrupsiya ilə mübarizə sahəsində Prezidentin təşəbbüslərini çox müsbət qiymətləndirərək prosesi dəstəklədiyini bildirib.

Sosial Tədqiqatlar Mərkəzi Birinci vitse-prezident Mehriban Əliyevanın bu ilin aprel-iyun aylarını əhatə edən fəaliyyətinə dair də sosial sorğular keçirib. Əhalinin 68,5 faizi Mehriban Əliyevaya tam etibar etdiyini, 24,2 faizi etibar etdiyini bildirib.

Nazirlər Kabineti yanında Operativ Qərargaha olan yüksək münasibət isə xeyli azalıb.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc qeyd edib ki, qarşıdakı dövrdə bütün icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı da sorğular təşkil etmək niyyətindədirlər.

Xəbər lenti

Çox oxunanlar