Xəzər Xəbər

Qoca çinar təhlükəli vəziyyət yaradır VİDEO

Veb TV | 19:35 • 2 Sentyabr 2020
Qoca çinar təhlükəli vəziyyət yaradır

Mingəçevirdə 5 mərtəbəli binadan da hündür olan çinar ağacı sakinləri narahat edir. Ağacın iri budaqları əlverişsiz hava şəraitində təhlükəli vəziyyət yaradır. Belə ki, budaqlar dam örtüyünə ziyan vurur. Nəticədə dam örtüyünün qırılıb yerə düşən hissələri yaxınlıqdan keçənlərə xəsarət yetirə bilər.


Mingəçevir şəhəri HeydərƏliyev prostpekti35 ünvanında yerləşən 5 mərtəbəli binanın sakinləri yaxınlıqdakı çinar ağacının yaratdığı təhlükədən narahatdırlar.


Sakinlərin sözlərinə görə nəhəng ağacın iri budaqları küləkli və yağışlı havalarda yenicə təmir edilən dam örtüklərinə ziyan vurur. Nəticədə əlverişsiz hava şəraitində dam örtüyünün qırılıb yerə düşən hissələri binanın qarşısından keçənlərə xəsarət yetirə bilər.


Sakinlərin sözlərinə görə məsələ ilə bağlı aidiyyatı qurumlara artıq məlumat verilib.


Mingəçevir bələdiyyəsindən isə bildirilib ki, məsələ ilə bağlı onlara heç bir məlumat daxil olmayıb.O da əlavə edilib ki, istənilən halda problem bələdiyyə deyil, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən həll edilməldir. Sözügedən idarədən də bildirilib ki, sakinlər bu məsələ ilə bağlı onlara müraciət etməyiblər. ''Rəsmi şəkildə müraciət edilməlidir ki, problem araşdırılsın və lazımi tədbirlər görülsün'' - deyə qurumdan əlavə edilib.

Xəbər lenti

Çox oxunanlar