Xəzər Xəbər

Azərbaycana suriyalı döyüşçülərin gətirilməsi xəbəri dezinformasiyadır VİDEO

Veb TV | 20:07 • 2 Sentyabr 2020
Azərbaycana suriyalı döyüşçülərin gətirilməsi xəbəri dezinformasiyadır

"Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı ildırım sürətli müharibəyəhazırlaşır". Rusiyanın "Nezavisimaya qazeta"nəşrində həqiqətə uyğun olmayan belə məlumat təqdim edilib. Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər və Müdafiə Nazirlikləri Bəyanatla çıxış ediblər. Bildirilib ki, Azərbaycanın güclü, peşəkar ordusu var və ərazi bütövlüyünü bərpa etmək üçün ölkəmizin heç bir kənar qüvvəyə ehtiyacı yoxdur.

Rusiyanın "Nezavisimaya qazeta" nəşri heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən oxucuları çaş-baş salır. Müəllifi Vladimir Muxin olan yazıda guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli Suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yer alıb.

Əsassız uydurmalarla dolu olan məqaləyə Azərbaycan xarici işlər və müdafiə nazirliklərimünasibət bildiriblər.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu yazının növbəti çirkin təxribatı olduğunu deyib.

Leyla Abdullayeva bildirib ki, ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən, Amerika əsilli və uzun illər Livanda terrorçu təşkilatın üzvü kimi fəaliyyət göstərən Monte Melkonyanın Ermənistanın milli qəhrəmanı elan olunması hər kəsə yaxşı bəllidir.Buna görə də bu tipli məlumatlar sadəcə fikri yayındırmaq məqsədi daşıyır.

Məsələ ilə bağlı müdafiə nazirliyindən isə bildirilib ki, Azərbaycan ərazisində hər hansı xarici ölkənin hərbi bazası, eləcədə heç bir digər qeyri-qanuni silahlı birləşmə yoxdur. Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı və döyüş təcrübəsi, silahlanmada olan hərbi texnika və döyüş vasitələri Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə qarşıya qoyulan istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə kifayət edir.

Xəbər lenti