Xəzər Xəbər

Bakıda kafe və restoranlarda qiymətlər artdı VİDEO

Veb TV | 19:56 • 2 Sentyabr 2020
Bakıda kafe və restoranlarda qiymətlər artdı

Restoranların fəaliyyətinə təxminən 2 həftədir ki, icazə verilib. Qapalı məkanlarda müştərilərə xidmət göstərilməsi qadağan edildiyindən restoranların gəlirləri azalıb. Açıq havada müştəri qəbul edə bilən kafe və restoranlar isə qiymətləri bahalaşdırıb.

Eyni yemeklər, eyni xidmət olsada müştərilərdən indi daha çox pul alınır.

Birmüddətbağlı qalan daha sonra yeni qaydalarauyğun formadafəliyyətinə icazəverilən restoranlar son günlər qiymət cədvəlinə dəyişilik ediblər.Bu da müştərilərin narazılığına səbəb olub..Apardığımız araşdırma nəticəsində məlum olub ki,retoranlar qiymətlərini təxminən 10-30 faiz artırıblar.

Restoran inzibatçıları qiymət artımının olduğunu qəbul edirlər.Onların sözlərinə görə son vaxtlar gəlirlər xərcləri qarşılamadığına görə belə bir addıma əl atıblar.

Marketoloqların sözlərinə görə restoranların bu addımı indiki dövrdə başa düşüləndir.Çünki restoranlar ənənəvi qaydada fəaliyyət göstərə bilmir.Buna görədə onların gəlirləri son vaxtlar azalmağa başlayıb.

Marketoloq Mahir Zeynalovun sözlərinə görə restoranların qiymət strategiyasına yenidən baxmaları üçün onlara müəyyən güzəştlərin olması vacibdir.

Qeyd edək ki, ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə təxminən 2 həftədir ki, icazə verilib.

Xəbər lenti