Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ər arvadını baltaladı VİDEO

Veb TV | 19:10 • 2 Sentyabr 2020
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ər arvadını baltaladı

Türkiyədən qayıdan Sabirabad sakini həyat yoldaşını balta ilə qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Şabranda isə qardaş bacısını suda boğub.

Ər arvadını baltalayaraq öldürüb.

Qətl hadisəsi Sabirabadrayonunun Hacıbəbir kəndində qeydə alınıb. Həmin kəndin sakini, 46 yaşlı Eyvaz Məmmədov qısqanclıq zəminində həyat yoldaşı, 41 yaşlı Təranə Məmmədova ilə mübahisə etdikdən sonra onu ot tayasının yanına aparıb və orada baş nahiyəsindən 3 balta zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Məlumata görə, ailə başçısı Türkiyəyə işləməyə getdiyi üçün Azərbaycanda olmayıb. Pandemiya səbəbindən geri dönə bilməyən Eyvaz Məmmədov nəhayət avqustun 8-də evinə dönə bilib. Qayıtdıqdan sonra ona həyat yoldaşının başqası ilə münasibətdə olduğunu bildiriblər.

Eyvaz Məmmədov özü polisə təslim olub. Faktla bağlı Sabirabad prokurorluğunda cinayət işi başlanıb.

Şabran rayonunda da cinayət baş verib. Ötən gün gecə saatlarında Şabran rayon sakini, 33 yaşlı Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla hadisəni zərərçəkmişin qardaşı, 30 yaşlı Elşən Abdulovun şəxsi münasibətlər zəminində törətdiyinə dair əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb. Əlşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məlumata görə, Elşən Abdulov 4 uşaq anası olan bacısı Leyla Müseyibova ilə mübahisə edib. Mübahisəyə bacısının növbəti dəfə ər evindən küsüb ata evinə qayıtması səbəb olub. Bacısının bu hərəkətini qəbul etməyən Elşən onu Samur-Abşeron kanalının kənarına gətirərək suya itələyib.

Xəbər lenti