Xəzər Xəbər

Azərbaycanda ov mövsümü açıldı VİDEO

Veb TV | 20:11 • 1 Sentyabr 2020
Azərbaycanda ov mövsümü açıldı

Bu gündən ov mövsümü açıq elan edilir. Ov üçün ayrılan kvota və tarixlər də müəyyənləşib. Bu il ov kvotasından çıxarılan heyvan da var.


Dağıstan turu bu ilin ov kvotasından çıxarıldı.


Bu gündən 2020-2021-ci illər üçün ov mövsümü açıq elan edilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firuddin Əliyevin sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi, Zoologiya İnstitutu, Ovçular və Balıqçılar, eləcə də Ornitoloji Cəmiyyətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə iclas keçirilib. İclasda vəhşi heyvanların və quşların ovlanma müddətləri, normaları, limitləri müzakirə olunub və yeni mövsümünün başlanmasına qərar verilib. Bu il dağıstan turunun ovuna icazə verilməyib.


Firuddin Əliyev bildirib ki, ov üçün lizensiya əldə etmək istəyən şəxslərin ovçuluq bileti olmalıdır. Lisenziya alarkən vətəndaşlara ovlaya biləcəkləri heyvanların sayı və ov əraziləri barədə də məlumat təqdim edilir.


Qeyd edək ki, qeyri-qanuni ovçuluq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı cinayət və inzibati xətalar məcəllərində nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək. Ov zamani qoyulan kvota da mütləq nəzərə alınmalıdır. Ov mövsümü gələn il fevralın 28-də başa çatır.

Xəbər lenti

Çox oxunanlar