Xəzər Xəbər

Bakıda DƏHŞƏT: kürəkən qayınatasının həyatına son qoydu - VİDEO

Veb TV | 19:13 • 1 Sentyabr 2020
Bakıda DƏHŞƏT:

Bakıda ağır cinayət olub. Kürəkən qayınatasına çoxsaylı bıçaq zərbələri vuraraq amansızlıqla qətlə yetirib. Hadisə binəqədi rayonunda olub. Hadisədən sonra kürəkən qaçsa da, polis əməliyyat-axtarış tədbirləri ilə onu saxlayaraq istintaqa cəlb edib.


Kürəkən qayınatasını öldürüb.


Hadisə paytaxtın Binəqədi raronu Biləcəri qəsəbəsində baş verib. Yəhya Hüseynov küçəsində yaşayan 53 yaşlı Xalıq Bağırov işdən evə qayıdarkən küçədə ona bir nəfər hücum edərək bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarəti alan Xalıq Bağırov elə hadisə yerindəcə ölüb. Mərhumun həyat yoldaşı Həcər Bağırova iddia edir ki, qatil onların 2 aydır küslü olduqları kürəkənidir.


Əməliyyat-axtarış tədbirlərinə başlayan polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, Xalıq Bağırovun kürəkəni22yaşlı Ayxan Hüseynəliyev tutulub. O, ilkin ifadəsində qayınatasını öldürdüyünü etiraf edib.


Mərhum Xalıq Bağırovun qızı Aygün Hüseynəliyeva deyir ki, 3 il əvvəl Ayxan Hüseynəliyevlə ailə həyatı qurub. Qadın iddia edir ki, həyat yoldaşı onu tez-tez döydüyünə görə 2 ay əvvəl atasının evinə gəlib, hətta boşanmaq üçün məhkəməyə də müraciət edib. Elə hər şey də boşanma müraciətindən sonra baş verib.


Faktla bağlı Binəqədi rayon prokurorluğunda Ayxan Hüseynəliyev barəsində ''qəsdən adam öldürmə''maddəsi ilə cinayət işi başlanıb, hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti

Çox oxunanlar