Xəzər Xəbər

Yeni hospital istifadəyə verildi VİDEO

Veb TV | 21:40 • 31 Avqust 2020
Yeni hospital istifadəyə verildi

Zığ qəsəbəsində müasir standartlara cavab verən daha bir modul tipli xəstəxana bu gündən istifadəyə verildi. Yeni hospitalda koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün bütün şərait yaradılıb, hospital yeni avadanlıqlarla təchiz edilib.

 

 

Hər bir çarpayı koronaviruslu xəstələrin müalicəsində önəmli hesab olunan süni nəfəs aparatı, o cümlədən xəstə başı monitor ilə təmin olunub. 4 oksigen stansiyası, 2 mərkəzləşdirilmiş kompressor, 3 rentgen aparatı , 17 elektrokardioqrafiya cihazı ilə təchiz olunan xəstəxanada reanimasiya otaqlarının da sayı daha çoxdur. Görüntülər Zığ qəsəbəsində yerləşən və bu gün açılışı olan yeni modul tipli xəstəxanadandır.

 

 

Xəstəxananın istifadəyə verilməsi ilə həmin ərazidə yerləşən və bir müddət əvvəl açılışı olan 800 çarpayılıq hospital, 2277 çarpayılıq tibb müəssisəsinə çevrilib.

 

 

İlk dəfə olaraq modul hospitalın nəzdində Müalicə - diaqnostik korpus da yaradılıb. Artıq COVİD-19-dan əziyyət çəkən xəstələr heç yerə getmədən, burada rahat şəkildə müayinə oluna biləcəklər.

 

 

Xəstələrin bütün analizləri də xəstəxana daxilində yerləşən laboratoriyada aparılacaq

Xəbər lenti

Çox oxunanlar