Xəzər Xəbər

Ermənistan yeni təxribatlara hazırlaşır VİDEO

Veb TV | 20:25 • 31 Avqust 2020
Ermənistan yeni təxribatlara hazırlaşır

Tovuzda iyul ayında baş vermiş gərginlikdən sonra heç bir beynəlxalq qınaqla rastlaşmayan və ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən tənqid edilməyən Ermənistan daha da azğınlaşır. Cəzasızlıqdan sui-istifadə edən bu ölkənin baş naziri ölkəsini yeni müharibəyə və ölkəmizə qarşı növbəti təxribatlara hazırlayır. Mütəxəssislər bunun Ermənistan, eləcə də region üçün yaxşı heç nə ilə bitməyəcəyi qənaətdindədirlər.

 

 

Nikol Paşinyanın Qarabağa səfəri onu göstərir ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı yeni hücum və təxribat planları hazırlayır. Burada hətta hərbi əməliyyatların yenidən bərpası və növbəti təxribat fəaliyyətinə başlamaq niyyəti istisna deyil. Millət vəkili Rasim Musabəyovun sözlərinə görə, bu səfər zamanı Paşinyan hərbi obyektlərdə olub, oradakı vəziyyətlə maraqlanıb.

 

 

Nikol Paşinyanın cəbhənin Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində təxribat törətməkdə fərqlənmiş erməni hərbçilərini mükafatlandırıb, hətta onlardan birinə "Milli Qəhrəman" adını təqdim edib. O, bununla iyul döyüşlərindən sonra Ermənistan ordusunda yaranan ruh düşkünlüyünü aradan qaldırmağa çalışıb.

 

 

Millət vəkili bildirib ki, Paşinyanın və ailə üzvlərinin adı mafiya qurmaqda, müxtəlif bizneslərdə, o cümlədən dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Onun Qarabağa səfəri də ailə biznesini genişləndirməyə, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qeyri-qanuni istismarındakı payını götürməyə hesablanıb. Təsadüfi deyil ki, Paşinyan Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı "Beys Metls" şirkətinin dağ-mədən kompleksində də olub.

 

 

Rasim Musabeyovun sözlərinə görə, Paşinyan və onun havadarlarının edəcəkləri hər bir cəhd Azərbaycan ordusu tərəfindən lazımi şəkildə cavablandırılacaq.

 

 

 

Bundan başqa, Ermənistanda faşizm ideologiyasının dövlət siyasətinə çevrilməsi artıq bir gerçəkdir. Bu ölkədə Njde və Dro kimi faşistlər qəhrəmanlaşdırılır və bu, anti-bəşəri fəaliyyət dövlət siyasəti səviyyəsində icra edilir. Təsadüfi deyil ki, Ermənistan hakimiyyətində təmsil olunan bir çox yüksək vəzifəli şəxslər də faşistlərin nəsillərinin davamçılarıdır. Nikol Paşinyan da özündən əvvəlki rəhbərliyin xəttini davam etdirərək cəbhə bölgələrində azərbaycanlı mülki əhalinin, yaşayış məntəqələrinin davamlı olaraq atəşə tutulmasına göstərişlər verir. 2020-ci ilin iyul döyüşləri bunun ən böyük sübutudur.

Xəbər lenti

Çox oxunanlar