Xəzər Xəbər

Fərdi tədris və repetitor xidmətlərin fəaliyyətinə icazə verildi VİDEO

Veb TV | 20:12 • 31 Avqust 2020
Fərdi tədris və repetitor xidmətlərin fəaliyyətinə icazə verildi

Bugündən fərdi tədris və repetitor fəaliyyətinə icazə verilir. Təbii ki, tədris prosesi pandemiya dövrünün tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Bu zaman məşğələlərdə 10 nəfərdən artıq şəxsin iştirakına yol verilmir. Dərslərin növbəli şəkildə keçirilməli olduğunu nəzərə alsaq bəzi repetitorların həftəsonlarına məşğələ salacağı istisna edilmir. Karantin rejiminin tətbiq edildiyi ərazilərdə şənbə və bazar günləri ictimai nəqliyyatın işləməməsi bu xidmətlərdən istifadə edənlər üçün müəyyən çətinliklər yarada bilər. Bəs görəsən ekspertlər çıxış yolunu nədə görürlər ?

 

 

Nazirlər Kabinetinin qərarına əsasən bugündən fərdi tədris və repetitor fəaliyyətinə icazə verilir.Sentyabr ayının sonunadək Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda karantin rejimi davam edəcək. Sözügedən ərazilərdə həftəsonu ictimai nəqliyyat işləməyəcək. Əksər repetitorların məşğələləri həftə sonlarına salacağı istisna edilmir.Bu zaman müəyyən problemlər yarana bilər. Bu vəziyyət repetitorların xidmətlərindən istifadə edənlərin əlavə xərcə düşməsi deməkdir. Çünki hansısa repetitor yanına getmək üçün taksidən istifadə etmək lazım olacaq. Təhsil eksperti Kamran Əsədov deyir ki, belə olan halda alternativ variant düşünülməlidir.

 

 

Nazirlər kabinetinin qərarına əsasən fərdi, qrup halında tədris və repetitor xidmətləri zamanı 10 nəfərdən artıq şəxsin iştirakına yol verilmir. Bundan əlavə təhsilalanların sıxlığı yüksək olan müəssisələrdə sinif və qrupların yarımqruplara bölünməsi, yaş qrupları üzrə dərs və dərsdənkənar məşğələlərdə növbəlilik rejiminin tətbiqi tələb edilir. Ekspertlər hesab edirlər ki, tədrisin bu formada təşkil edilməsi ilə həftəsonları bəzi məktəblərdə həftəsonu dərslər keçirilə bilər. Bununla yanaşı bir sıra repetitorlar şənbə və bazar günlərinə məşğələ sala bilərlər.

 

 

Kamran Əsədov bildirib ki, fərdi tədris və repetitor fəaliyyətinə icazə verilməsi haqqında qərar hazırlıq kurslarını da əhatə edir. Bu zaman əsas şərt tədris prosesində 10 nəfərdən artıq şəxsin iştirak etməməsidir.

 

 

Xəbər lenti

Çox oxunanlar