Xəzər Xəbər

Qanunsuz kredit verənlər cinayət məsuliyyətinə cəlb edilmir VİDEO

Veb TV | 19:58 • 31 Avqust 2020
Qanunsuz kredit verənlər cinayət məsuliyyətinə cəlb edilmir

Azərbaycanda banklar tərəfindən vətəndaşlara heç bir əsas olmadan milyonlarla manat vəsait verilsədə belə qanunsuz əmələ görə bankirlər məsuliyyətə cəlb edilə bilmir. Buna səbəb cinayət məcəlləsində müvafiq maddənin nəzərdə tutulmamasıdır. Elə bunun üçün də cinayət məcəlləsinə dəyişikliyin edilməsi təklif edilir. Mütəxəssislər bankın qanunsuz hərəkətlərinə görə yaranan yükün sonda dövlət büdcəsinin üzərinə düşdüyünü və bu kimi hallara görə bank sektoruna olan inamın azaldığını bildirirlər.

 

Azərbaycanın baş bankiri Elman Rüstəmov Cinayət Məcəlləsinə maliyyə xidməti istehlakçılarını aldatmaq hallarına qarşı daha konkret cəzaların və müddəaların daxil edilməsini təklif edib. Ekspertlərin fikrincə bu hal qanunsuz verilən kreditlərin qarşısını almağa kömək edəcək.

 

 

Bank və maliyyə məsələləri üzrə ekspert əkrəm Həsənovun sözlərinə görə ölkəmizdə banklar vətəndaşların əmanətləri əsasında formalaşan vəsait hesabına heç bir əsas olmadan yeni yaranan şirkətlərə milyonlarla manat kredit verir və sonda özünü müflis elan edir. Amma bu hala görə də həmin bankirə qarşı heç bir cinayət işi açıla bilmir. Buna səbəb isə cinayət məcəlləsində qanunsuz verilən kreditlərə görə cinayət işinin nəzərdə tutulmamasıdır. Halbuki qanunsuz kredit götürmə və kreditdən təyinatı üzrə istifadə etməməməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur.

 

 

Əkrəm Həsənovun sözlərinə görə ölkəmizdə proeblemli kreditlərin artmasının əsas səbəbi bankirlərin qabaqcadan qaytarılması mümkün olmayan böyük məbləğdə kreditləri verməsidir. Əksər hallarda da bu kreditlər əmanətlərin hesabına verilir və müflis olan banka görə dövlət büdcəsində əlavə yük düşür. Bağalanan son 4 bankın timasılında bunu bariz şəkildə görmək mümkündür.

 

 

 

Mütəxəssisin sözlərinə görə bu kimi hallara görə ictimaiyyətin bank sektoruna olan inamını azalır.Bu da son nəticədə ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Qanunsuz verilən kreditlərə görə sərt cəzalar nəzərdə tutularsa bu halların əhəmiyyətli dərəcə də azalar.

Xəbər lenti

Çox oxunanlar