Xəzər Xəbər

Bu şəhər və rayonlarda sərt karantin bitdi VİDEO

Veb TV | 19:44 • 31 Avqust 2020
Bu şəhər və rayonlarda sərt karantin bitdi

Bu gündən etibarən bir sıra şəhər və rayonlar sərt karantin zonasından çıxarılıb. Həmin şəhərlər sırasına Gəncə və Mingəçevir də daxildir.

 

 

Bugündən etibarən bir sıra şəhər və rayonlar sərt karantin zonasından çıxarılıb. Onlardan biri də Gəncə şəhəridir. Artıq burada da sərt karantin rejiminin bir sıra məhdudiyyətləri ləğv edilib.

 

 

Şəhərin sərt karantin zonasından çıxarılması haqqında qərar virusa yoluxma dinamikası və mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq verilib.

 

 

Bundan sonra vətəndaşlardan müəyyən qaydalara əməl etmək tələb edilir.

 

 

Ölkənin böyük şəhərlərindən biri olan Mingəçevirdə də sərt karantin rejimi ləğv edilib. Şəhərin girş-çıxışına qoyulan polis postları götürülüb. Sakinlər qaydalara əməl etməklə normal həyatlarına davam edirlər. Son günlər yoluxmanın azalmasına baxmayaraq dezinfeksiya, eləcə də Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qrupların marifləndirmə işləri davam etdirilir. Mingəçevir Gigiyena və Epidemologiya Mərkəzinin direktoru vəzifəsini icra edən Validə Məmmədova bildirib ki, aparılan qabaqlayıcı tədbirlər öz bəhrəsini verib.

 

 

Şəhər sakinləri sərt karantin rejiminin ləğv edilməsini razılıqla qarşılayırlar. Onlar hər kəsi qapalı məkanlarda, avtobuslarda və sıxlığın müşahidə edildiyi digər ərazilərdə qoruyucu maskalardan, dezinfeksiyaedici məhlulardan istifadə etməyə çağırırlar.

 

 

Qeyd edək ki, bugündən etibarən Gəncə və Mingəçevirlə yanaşı, Cəlilabad, Masallı, Yevlax şəhərləri, eləcə də Bərdə, Goranboy, Göygöl, Xaçmaz və Salyan rayonları da sərt karantin zonasından çıxarılıb.

 

Əməkdaşlarımız həmin şəhərlərdən reportaj hazırlayıblar, gəlin izləyək.

 

 

Xəbər lenti