Xəzər Xəbər

Taksi sürücüləri üçün vacib xəbər - Yeniliklər var VİDEO

Veb TV | 19:17 • 31 Avqust 2020
Taksi sürücüləri üçün vacib xəbər - Yeniliklər var

Taksilər üçün tarif və kvota tətbiq ediləcək. Bu yenilik Bakı Nəqliyyat Agentliyinin hazırladığı konsepsiyada öz əksini tapıb. Həmçinin, xidmət keyfiyyətinin artırılması məqsədi ilə sürücülər təlimlərə cəlb ediləcək.

Taksilər günün pik saatlarında gedişhaqqını artıra bilməyəcəklər.

Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə konsepsiya hazırlayıb. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Bakı Nəqliyyat Agentliyinin Hüquq şöbəsinin müdiri Hikmət Babayev bildirib ki, tariflərin tənzimlənməsində məqsəd pik saatlar adı ilə, eləcə də ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi günlərdə taksilərin gedişhaqqını artırmasının qarşısını almaqdır. Həmçinin, taksi şirkətləri çox aşağı qiymətlər təklif edərək süni rəqabət yaradır ki, bu da sürücülərin əksəriyyətinə sərf etmir.

Taksi xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə sürücülərin təlimlərə cəlb edilməsi də konsepsiyada öz əksini əksini tapıb.

Konsepsiya hökumətə təqdim olunub.

Xəbər lenti