Xəzər Xəbər

Qondarma rejimin "Facebook" təxribatı - İCMA ETİRAZINI BİLDİRDİ VİDEO

Veb TV | 19:09 • 31 Avqust 2020
Qondarma rejimin "Facebook" təxribatı - İCMA ETİRAZINI BİLDİRDİ

Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təxribatları davam edir. Belə ki, qondarma rejimin dırnaqarası iki qurumuna aid facebook hesabları sözügedən şəbəkə tərəfindən rəsmi olaraq təsdiqlənib. Məsələyə münasibət bildirən Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasından bildirilib ki, bu yolverilməzdir. Çünki qondarma rejimin dırnaqarası təşkilatlarının yaratdıqları səhifələrdə paylaşılan məlumatlar Azərbaycanın nüfuzuna, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərə xələl gətirəcək. Üstəlik bəzi xarici media qurumları həmin səhifələr vasitəsilə yayılan informasiyalara istinad edə bilərlər.

 

 

 

Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin dırnaqarası dövlət qurumlarına aid facebook hesablarının sözügedən şəbəkə tərəfindən tanınması ciddi narazılığa səbəb olub.Minlərlə Azərbaycanlı sosial şəbəkələr vasitəsilə buna etiraz etsə də, problem hələ də qalmaqdadır.

 

Məsələ ondadır ki, Qondarma rejimin dırnaqarası xarici işlər nazirliyi və ombudsman aparatına aid hesablara facebook tərəfindən rəsmi təsdiq verilib. Bu isə arzuolunan deyil. Çünki bu səhifələr xarici media qurumları üçün istinad mənbəyi ola bilər. Azərbaycanın nüfuzu, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmin səhifələr vasitəsilə yayılacaq informasiyaların məzmununu, mahiyyətini təxmin etmək elə də çətin deyil. Həmin səhifələrdə ölkəmizə qarşı təxribat xarakterli məlumatların tirajlanacağını əminliklə söyləmək olar.

 

 

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icmasının sədr müavini Gülməmməd Məmmədovun sözlərinə görə, icma məsələ ilə bağlı artıq rəsmi qaydada etiraz edib. Onun sözlərinə görə bu vəziyyətdə sosial şəbəkə istifadəçilərinin də üzərinə böyük məsuliyyət düşür.

 

 

Qurum rəsmisi əlavə edib ki, sosial şəbəkə istifadəçilərinin sözügedən məsələyə etirazı kortəbii şəkildə olmamalıdır. Başqa sözlə desək şikayət istifadəçinin real hesabından edilməlidir. Əgər etiraz saxta hesabdan edilirsə, həmin hesab sosial şəbəkə tərəfindən silinə bilər.

Xəbər lenti

Çox oxunanlar