Xəzər Xəbər

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəlib - VİDEO

Veb TV | 12:25 • 31 Avqust 2020
Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəlib -

"Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən "Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların növbəti günündə "Fərdi sürücülük” mərhələsində iştirak ediblər.

Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiya tankçıları ilə yarışlarda fərdi ustalıqlarını nümayiş etdiriblər.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 hədəfi məhv edib və marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə keçərək yarımfinal mərhələsinə yüksəliblər.



Xəbər lenti

Çox oxunanlar