Xəzər Xəbər

"Haber Global": Rusiyanın Ermənistanı silahlandırması yolverilməzdir - VİDEO

Veb TV | 20:47 • 30 Avqust 2020
"Haber Global": Rusiyanın Ermənistanı silahlandırması yolverilməzdir -

Türkiyənin geniş izləyici kütləsinə malik xəbər kanalı "Haber Global" Cənubi Qafqazda son dövrdə baş verən proseslər haqqında geniş material hazırlayıb.

Xəbərdə Ermənistanın Azərbaycana hücümuyla başlayan döyüşlərin səngidiyi, lakin cəbhə xəttində gərginliyin davam etdiyi bildirilib. Səbəb olaraq qeyd olunub ki, Rusiya Ermənistanı silahlandırır. Eyni zamanda bu məsələdən Azərbaycan iqtidarının kifayət qədər məlumatlı olduğu, hətta Prezident İlham Əliyevin bu məsələdən narahatlığını Rusiya Prezidenti Vladimir Putinə çatdırdığı bilidirilib. Kanal iddia edib ki, məhz buna görə də Rusiya Müdafiə naziri Sergey Şoyqu Bakıya rəsmi səfərində soyuq qarşılanıb.

"Haber Global" Cənubi Qafqazdakı gərginlikdə Rusiyanın bitərəf mövqe nümayiş etdirmədiyini, Ermənistana açıq şəkildə silah satdığını bildirir. Üstəlik, kanal Rusiyanın Ermənistana silah göndərdiyi barədə məlumatların qaynağını əldə edib. Qaynaq bildirib ki, Rusiya Ermənistandan istifadə edərək bölgədə daha böyük planlara hazırlaşır. Buna görə də bölgədəki geopoltik gərginlik artmaqdadır.

Xəbərdə bildirilir ki, Ermənistanın son təxribatı Cənubi Qafqazın gələcək strukturunda mühüm rol oynadı. Çünki böyük güclərin marağı üzə çıxdı, Rusiya Ermənistanın, Türkiyə isə bütün gücüylə Azərbaycanın yanında yer aldı. NATO üzvü olan Türkiyənin Cənubi Qafqazda baş verənlərə sərgilədiyi münasibət bu bölgədəki güc mövqelərini dəyişdirdi.

Qeyd olunur ki, Rusiya yenə də ikibaşlı davranmağı seçir. Ermənistanın Azərbaycana son hücumlarından sonra Rusiya bu ölkəyə hava yolu ilə silah göndərməyə başlayıb. ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan Rusiyanın Ermənistana silah göndərməsi isə yolverilməzdir. Çünki bu halda Rusiya Ermənistanın tərəfini tutur. Türkiyəylə Azərbaycan arasında daha güclü bağların qurulma ehtimalı isə Kremli narahat edir.

Elə Rusiya Müdafiə nazirinin Bakı səfəri də məhz bununla əlaqələndirilir. Baxmayaraq ki, nazir burada Rusiyanın Ermənistana silah satdığı iddialarını rədd etdi. O bildirdi ki, İL-76 təyyarələri Ermənistana silah yox, inşaat materialları daşıyıb.

"25 avqustdan etibarən hər gün Mozdok, Aktau, Türkmənbaşı, Reşt, Meğri hava yolu ilə İrəvana İl-76 hərbi təyyarələri enir. Uçuş istiqamətinin bu qədər qarışıq olması inşaat materialları iddiasını yalanlayır. 25 avqustda Suriyadan qalxan bir təyyarə İrəvana eniş edib. Rus təyyarələri son 25 gündə Ermənistana 500 tondan çox silah aparıb. Bu Haber Globalın əldə etdiyi məlumatdır. Belə nəticəyə gəlinir ki, Rusiya Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlayır. İL-76- ların içərisində daşınanlar tikinti materiallarıdırmı, yoxsa silahdırmı?".

Süjetdə bildirilir ki, əslində bu elə də mühüm deyil. Çünki bugünkü Azərbaycan kifayət qədər güclüdür. Azərbaycan Qafqazda ən güclü dövlətdir, siyasi və hərbi gücü ilə Türkiyə onun yanındadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar