Ölkəmizdə dövlət səviyyəsində hər zaman mömin insanlara və dindarların inanclarına hörmətlə yanaşılıb. Azərbaycanda yeni məscidlər inşa edilib, onlar üçün hər cür şərait yaradılıb.
Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin sülh və əminamanlıq şəraitində yaşadığı bir ölkə olub. Bununla yanaşı tarixən bütün dünyada Azərbaycana bu dəyərlərə hörmət edən ölkələrdən biri kimi yanaşılıb.
Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Ceyhun Məmmədov deyib ki, ölkəmizdə dövlət-din siyasəti ümummili lider Heydər Əliyev tərəfindən qoyulub və onun Azərbaycanda dini etiqad və vicdan azadlığının təmin edilməsində, dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimlənməsində böyük rolu olub. Bu gün isə Prezident İlham Əliyevin dini dəyərlərimizə diqqət və qayğısı, ölkəmizdə məscidlərin, dini ibadətgahların və ziyarətgahların bərpası və yenidən qurulması digər ölkələrə də nümunə olmalıdır.
Ceyhun Məmmədov bildirib ki, istər Məhərrəm ayında, Aşura günündə, istərsə də dini bayramların qeyd edildiyi digər günlərdə Azərbaycanda mömin insanların, dindarların inanclarına hər zaman hörmətlə yanaşılıb. Ancaq indiki şəraitdə, yəni koronavirus infeskiyasının yayılmasında təhlükənin olduğu bir vaxtda, məscidlərin qapalı qalması, dini ayinlərlə bağlı xüsusi məhdudlaşdırıcı qaydaların tətbiqi məhz vətəndaşların sağlamlığına xidmət edir.
Vətənədaşlara Qafqaz Müsəlmanları İdarəsinin və din xadimlərinin müraciətlərini nəzərə almaq və qaydalara əməl etmək tövsiyə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: