Xəzər Xəbər

Repetitorluq fəaliyyəti bərpa olunur - VİDEO

Veb TV | 20:02 • 30 Avqust 2020
Repetitorluq fəaliyyəti bərpa olunur -

Sabahdan etibarən fərdi tədris və repetitor xidmətləri bərpa olunur.

Artıq müxtəlif dilləri öyrənmək istəyən, eləcə də abituriyent hazırlığı, dövlət qulluğu, magistratura, eləcə də digər sahələrdə ixtisaslı kadrların hazırlanmasına dəstək olan repetitorlar yenidən canlı ünsiyyətlə müraciət edənlərin xidmətində olacaqlar. Proses pandemiya dövrünün tələblərinə uyğun şəkildə aparılmalıdır.

Xezerxeber.az-ın məlumatına görə, belə fəaliyyətlə məşğul olan Səfər Məmmədov bildirib ki, Operativ Qərargahın qərarından sonra hazırlaqlara start verilib.

İngilis dilində beynəlxalq riyaziyyat imtahanları üçün şagirdləri hazırlamaqla məşğul olan Eldəniz Tanrıverdiyev deyib ki, uzun müddət bu fəaliyyət qadağan olunduğu üçün dərslər onlayn keçirilirdi. Ancaq canlı ünsiyyətlə olan dərslərə maraq daha böyükdür.

Qeyd edək ki, Nazirlər Kabineti yayında Operativ Qərargahın qərarına əsasən uzun müddətdir repetitorluq fəaliyyəti dayandırılmışdı və bütün növ tədris tədbirləri yalnız onlayn həyata keçirilirdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar