Yeni tədris ilinin başlanması ilə bağlı qərar verilməsinə baxmayaraq məktəbli bazarında canlanma yoxdur.
Xezerxeber.az-ın məlumatına görə, çəkiliş apardığımız mağazaların boş olması belə deməyə əsas verir.
Satıcılar isə deyirlər ki, başqa günlər az da olsa alıcıları olur, lakin həftəsonu ictimai nəqliyyat işləmədiyindən mağazalar müştəri qıtlığı yaşayır.
Məktəbli ləvazimatlarının satışı ilə məşğul olan mağazalar mövcud vəziyyətlə ayaqlaşmaq üçün məhsullarını müştərilərə həm də onlayn şəkildə təklif edirlər.
Çəkiliş zamanı o da məlum oldu ki, çantalar, qovluqlar, qələm qabları və digər aksesuarlara tələbat azalıb. Satıcılar bunu distant təhsilə keçidlə əlaqələndirirlər.
Məktəb ləvazimatlarının satışı ilə məşğul olanlar tövsiyə edirlər ki, valideyinlər indidən övladlarına bazarlıq etsinlər. Çünki dərslərə az vaxt qalmış həm sıxlıq yarana, həm də qiymət artımı ola bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: