Xəzər Xəbər

İmişlidə 5 nəfər brakonyer saxlanılıb - VİDEO

Veb TV | 20:11 • 30 Avqust 2020
İmişlidə 5 nəfər brakonyer saxlanılıb -

İmişli rayonunda 5 nəfər brakonyer saxlanılıb.


Xezerxeber.az-ın məlumatına görə, onlardan 3 ədəd odlu silah, xeyli sayda ov quşu və eyni zamanda ov ləvazimatları aşkar edilib. 


Brakonyerlərdən Kürdəmir sakinləri, Cəfər Hüseynov, Füzuli Həsənov və Bakı sakini Zamin İsmayılovun 80-ə yaxın çöl quşunu qanunsuz olaraq ovladığı müəyyən edilib.


Həmçinin əməliyyat zamanı İmişli sakinləri Kənan Yaqubov və Cavid Quliyev də saxlanılıb. Keçirilən əməliyyat zamanı brakonyerlərdən ümumilikdə 3 ədəd ov silahı, xeyli maket və digər ov ləvazimatları, həmçinin 100-ə yaxın müxtəlif növ ov quşu götürülüb. 


Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti