Xəzər Xəbər

Oğuzda əhali susuzluqdan əziyyət şəkir - VİDEO

Veb TV | 19:49 • 30 Avqust 2020
Oğuzda əhali susuzluqdan əziyyət şəkir -

Oğuz rayonu, Qarabulaq kənd sakinləri illərdir ki, susuzluqdan əziyyət şəkirlər. Quraq aylarda kənddə vəziyyət daha da çətinləşir.

Xezerxeber.az-ın məlumatına görə, kəndə su xətti çəkilib, amma problem hələ də yaşanmaqdadır.

Sakinlər deyir ki, çəkilmiş xətt vasitəsilə su çox az gəlir, ya da əksər vaxtı boruda tutulmalar olur deyə su kəsilir.

Problemdən çıxış yolu kimi sakinlər kənddən 3 km. aralıda yerləşdən bulaqlardan su daşıyırlar.

Məsələ ilə bağlı Oğuz rayon Sukanal İdarəsindən bildirilib ki,Qarabulaq kəndinin su təchizatını yaxşılaşdırmaq üçün işlər davam etdirilir. Proses yaxın günlərdə yekunlaşacaq.

Qurum rəsmisinin sözlərinə görə, proses başa çatandan sonra kəndlilərin su ilə təchizatında çətinliklər yaşanmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti