Bu gün Məhərrəm ayının 10-cu günü olan Aşuradır.
Xezerxeber.az xəbər verir ki, Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları bu il pandemiya səbəbindən məscidlərdə deyil, Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunur.
Aksiya xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməklə, donorların sağlamlığı yoxlanıldıqdan sonra reallaşır.
Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərovanın sözlərinə görə, pandemiya şəraiti olmasına baxmayaraq qanvermə aksiyasında kifayət qədər insan iştirak edib.
Aksiyaya yerli vətəndaşlarla yanaşı, xarici ölkə vətəndaşları da qatılıblar.
Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, avqustun 21-dən başlayan Məhərrəm ayı oktyabrın 19-da başa çatacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: