Xəzər Xəbər

"TRT World” Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatla bağlı reportaj hazırlayıb

Veb TV | 09:31 • 30 Avqust 2020
"TRT World” Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatla bağlı reportaj hazırlayıb

Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - "TRT World” Ermənistanın ötən ay Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb.

Kanalın heyəti Ermənistanın təxribatına məruz qalan ərazilərdə çəkiliş aparıb.

"TRT World”ün müxbiri Oubai Şahbandar dünyanın ən həssas sərhədlərindən birində baş vermiş toqquşmanın onu yenidən Azərbaycana – illər ərzində daha yaxından tanıdığı ölkəyə gətirdiyini deyir. O, tamaşaçılara Ermənistan silahlı qüvvələrinin təxribatı barədə ətraflı məlumat verir.

Xəbər lenti

Çox oxunanlar