Xəzər Xəbər

Baş Nazir dərslərin başlaması ilə bağlı QƏRAR VERDİ VİDEO

Veb TV | 20:44 • 29 Avqust 2020
Baş Nazir dərslərin başlaması ilə bağlı QƏRAR VERDİ

Baş nazir Əli Əsədov "xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesının təşkili" barədə qərar imzalayıb. Qərara əsasən, tədris prosesi zamanı sanitar-epidemioloji vəziyyətə ciddi nəzarət ediləcək. Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov tədris prosesinin həyata keçirilməsi zamanı diqqət yetiriləcək xüsusi qaydaları açıqlayıb.

 

 

Yeni tədris ilində dərslərin başlaması haqda xüsusi qaydalar tətbiq ediləcək. Təhsil müəssisələrində əyani tədris və təlim-tərbiyə prosesi zamanı tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Təhsil müəssisələrinə buraxılış rejiminin də sanitar-epidemioloji tələblər nəzərə alınmaqla təşkili təmin ediləcək. Sıxlıq yüksək olan təhsil müəssisələrində isə siniflərin yarımqruplara bölünməsi, həmçinin yaş qrupları üzrə dərs və dərsdənkənar məşğələlərdə növbəlilik rejimi tətbiq ediləcək. Qərara əsasən, ibtidai təhsil pilləsində oxuyan şagirdlər sentyabrın 15-dən, 5-8-ci sinif şagirdləri oktyabrın 1-dən, 9, 10 və 11-ci sinif şagirdləri isə oktyabrın 15-dən etibarən dərslərdə iştirak edəcəklər. O ki, qaldı ali təhsil müəssələrinin tələbələrinə, onların da müvafiq qrafik və cədvlə uyğun dərslərdə iştirakı tövsiyə edilir.

 

 

 

Məktəblilərə dərs vəsaitlərinin verilməsinə gəlincə, dərsliklərin qəbulu və şagirdlərə paylanması müəyyən edilmiş növbəli qrafik üzrə və sanitar-epidemioloji qaydalara riayət edilməklə həyata keçiriləcək. Bütün siniflər üzrə dərsliklər sentyabrın 4-dək şagirdlərə paylanacaq.

 

 

Bütün bunlarla yanaşı, növbəti gün və aylarda pandemiya ilə bağlı vəziyyət nəzarətdə saxlanacaq və infeksiyanın yenidən genişlənməsi təhlükəsinə uyğun qərarlar qəbul edilə biləcək.

Xəbər lenti

Çox oxunanlar