Xəzər Xəbər

Daha bir kəndin su problemi həll olundu VİDEO

Veb TV | 20:20 • 29 Avqust 2020
Daha bir kəndin su problemi həll olundu

Neftçala rayonunun Haqverdili kəndinin bir qrup sakini ötən günlərə qədər pambıq sahələrini suvarmaq üçün heç şor su da tapa bilmirdilər. Kənd sakinlərinin ölkə başçısına müraciətindən sonra məsələ öz həllini tapıb. Sahələrdə suvarmanı başa çatdıran təsərrüfat sahibləri hazırda "ağ qızıl"ın yığımına hazırlaşırlar. Amma buna baxmayaraq, fermerlər məhsuldarlığın aşağı olacağından narahatdırlar.

 

 

Neftçalada pambıq əkini ilə məşğul olan təsərrüfat sahiblərinin su ilə bağlı problemləri öz həllini tapıb. Bitkinin birinci suyunun verilməsi müddətində yaşanan problemlər aradan qaldırılıb. Kür çayında əmələ gələn şoranlaşma onların işini xeyli geri salmışdı...

 

 

Fermerlər deyirlər ki, pambığın suvarılması əsasən başa çatıb. Sentyabr ayından məhsul yığımına hazırlaşdıqlarını bildirən fermerlər suvarmada gecikmələr ucbatından məhsuldarlığın aşağı olacağından narahatdırlar.

 

 

Haqverdili kəndində Sudan İstifadə Edənlər Birliyinin sədri Tərlan Cavadovun sözlərinə görə, Kür çayının şorlaşması səbəbindən nasosların fəaliyyəti 15 gün müddədinə dayandırılmışdı. Bu səbəbdən də suvarmada gecikmələr olub.

 

 

Artıq rayonda normal suvarılma rejiminə qayıdılıb.

Xəbər lenti