Avqustun 31-dən sonra Azərbaycanda sərt karantin rejmi iki şəhər və bir rayonda uzadılacaq. Söhbət Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan gedir. Nazirlər Kabineti yanında Operativ Qərərgahın bu gün keçirilən mətbuat konfransında prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu şəhər və rayonlarda karantin rejmi sentyabrın 30-a qədər davam edəcək. Bu müddət ərzində bəzi qadağalar var ki, onlar da qüvvədə qalacaq.
On rayon və şəhər avqustun 31-dən sərt karantin rejimi zonasından çıxarılır. Virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 31 avqust tarixindən etibarən sərt karantin rejimi zonası hesab edilməyəcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə sərt karantin rejiminin tətbiqi sentyabrn 30-a qədər davam edəcək.
Nazirlər Kabineti Yanında Operativ Qərərgahın növbəti mətbuat konfransında, Prezidentin köməkçisi Hikmət Hacıyev bildirdi ki, yolxuma səviyyəsi yüksək olduğu üçün hələ ki, Bakı, Sumqayıt və Abşerronda sərtləşdirilmiş xüsusi karantin rejmi saxlanır. O, cümlədən də bu şəhərlər və rayonda sentyabrın sonuna qədər həftə sonları yəni şənbə və bazar günləri ictimai nəqliyyat işləməyəcək. Hikmət Hacıyev onu da qeyd etdi ki, ümumilikdə Azərbaycanda vətəndaşların qaydalara əməl etməsi və qabağlayıcı tədbirlərin görülməsi onu göstərir ki, virusa yoluxmada kəskin azalma müşahidə edilir. Amma bu vətəndaşlarda rahatlıq yaratmamalıdır. Hikmət Hacıyev sentyabrın sonuna qədər rayonlara gediş-gəlişin açılmayacağını da bildirdi. O, tələbələrin və bu il tələbə adını qazanan şəxslərin rayonlardan paytaxta gəlməsini təmin etmək üçün müvafiq qərərın veriləcəyini də qeyd edib.
Hikmət Hacıyev onu da deyib ki, məktəblərin açılması ilə əlaqədar avtobusların sayı yenə artırılacaq. Prezidentinin köməkçisi qeyd edib ki, metro ilə əlaqədar ekspertlər müxtəlif potensial risk amillərinin olduğunu bildirir. Metrodakı ventilyasiya sistemi və dar, qapalı məkan olması müəyyən qədər ehtiyatlı davranmağa əsas verir. Sentyabrın 15-nə qədər bu məsələlərə yenidən baxılacaq. Hikmət Hacıyev ölkədə toy və yas mərasimlərinin keçirilməsi məsələsinə də aydınlıq gətirib.
Hikmət Hacıyev onu da bildirdi ki, Dağlıq Qarabağın erməni icması Azərbaycan vətəndaşlarıdır, həmin vətəndaşların koronavirusa yoluxması da Azərbaycanın ümumi statistikasında göstərilməlidir. Ancaq işğal olunmuş ərazilərdəki bu məlumatları əldə etmək mümkün olmur.
Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar sərhədləri də əhatə etdiyindən Nazirlər Kabinetinin bu günkü qərarında bununla əlaqədar spesifik müddəa əksini tapmayıb. Hikmət Hacıyev bildirdi ki, beynəlxalq yükdaşımalar xaric, həmçinin Azərbaycan vətəndaşlarının təxliyə edilməsi, yaxud da xüsusi ehtiyacı olan, Azərbaycan vətəndaşları ilə müəyyən qohumluq əlaqələri olan və ya hansısa xüsusi bir sahədə çalışan xarici ölkə vətəndaşları istisna olmaqla, Azərbaycanın quru sərhədləri qapalı olmaqda davam edəcək.
''Təhsil müəssisələri açılan zaman əks-epidemik tədbirlər həyata keçirilərsə, koronavirusa yoluxmanın səviyyəsi artmayacaq''. Bu fikiri isə Operativ Qərargahın mətbuat konfransında TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bildirib. Onun sözlərinə görə, hər birimiz özümüzü, yaxınlarımızı qorusaq, heç bir narahatlıq olmayacaq. Ali məktəblərdə dərslərin distant formada keçirilməsi də virusa yolxumanın kəsikin azalmasına səbəb olacaq. Akif Qurbanov qarşıdan gələn payız və qış ayları üçün əhali arasında peyvəndləmə aparılacağını da bildirdi.
Sereloji testlərdən də danışan Akif Qurbanov bildirib ki, bu testlərin nəticəsində 50-60 faiz əhalinin xəstəliyi keçirdiyi aydınlaşsa çox güclü yumşalmaya gedə bilərik.