Xəzər Xəbər

Azərbaycanda palçıq vulkanları UNESKO-nun siyahısına daxil ediləcək VİDEO

Veb TV | 19:51 • 29 Avqust 2020
Azərbaycanda palçıq vulkanları UNESKO-nun siyahısına daxil ediləcək

Azərbaycanın palçıq vulkanları unesko-nun siyahısına daxil ediləcək. Açıqlama Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilib. Məlumata görə, hətta vulkanlar geopark statusu alacaq. Bəs görəsən bu məkanlar gələcəkdə turizm marşrutuna salına bilərmi?



Ölkəmizdəki palçıq vulkanları UNESKO-nun mədəni irs siyahısına salınacaq.



Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova belə deyib. Onun sözlərinə görə, ötən il UNESCO-nun ölkəmizdə keçirilən 43-cü sessiyasında palçıq vulkanları barədə müzakirələr zamanı bu təbii sərvətlərimizə geopark statusunun verilməsi məsələsinə toxunulub:



Bəs görəsən, Azərbaycandakı bu cür təbiət obyektləri turistlərin diqqətini çəkə bilərmi? Turizm sahəsinin mütəxəssislər hesab edirlər ki, istər yerli, istərsə də əcnəbi turistlərə bu məkanları tanıtmaq və təbliğ etmək lazımdır. Bunun üçün ilk addım təbii ki, bu əraziləri turizm marşrutlarına salmaq olacaq.



Qeyd edək ki, hazırda ölkəmizdə 300-dən artıq palçıq vulkanı var. Burda söhbət həm də qorunan, yəni qoruq statusu alan vulkanlardan gedir. Qoruqlar isə ciddi mühafizə sistemində olan ərazilərdir. Amma qoruq statusu olmayan vulkanlar da var ki, təhlükəsizlik qaydalarına riayət etməklə o ərazilərə baxmaq mümkündür...


Xəbər lenti