Xəzər Xəbər

Hikmət Hacıyev: Paşinyan Tovuz hadisələrinin mahiyyətini təhrif edir VİDEO

Veb TV | 19:40 • 29 Avqust 2020
Hikmət Hacıyev: Paşinyan Tovuz hadisələrinin mahiyyətini təhrif edir

"Tovuz hadisələri əvvəlcədən planlaşdırılmış təcavüz aktı idi. Ancaq Ermənistan heç bir məqsədinə nail olmadı". Bunu prezidentin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. Hikmət Hacıyev Tovuz hadisələri zamanı Ermənistana hava nəqliyyatı ilə aparılan silahlardan da danışıb. O bildirib ki, bu, Azərbaycan ictimaiyyətini və dövlətini ciddi narahat edir.

''Ermənistanın Baş naziri yenə də münaqişənin və Tovuz hadisələrinin mahiyyətini təhrif edib. Ermənistan münaqişənin hərbi həllinin olmadığını deyirsə, ilk növbədə, işğala son qoymalıdır''. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, Ermənistan rəhbərliyi Tovuz hadisələrini dırnaqarası qələbə kimi təqdim etməyə çalışır. Tovuz hadisələri əvvəlcədən planlaşdırılmış təcavüz aktı idi. Ancaq Ermənistan heç bir məqsədinə nail olmadı. Azərbaycanın Ermənistanla sərhəddə heç bir hərbi məqsədi yoxdur. Əsas sərhədlərin qorunması, orda yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsidir

Prezidentin köməkçisi qeyd edib ki, Tovuz hadisələrini törətməkdə məqsəd Ermənistandakı sosial-demoqrafik böhrandan erməni ictimaiyyətinin diqqətini yayındırmaqdır. Hikmət Hacıyev onu da bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qızıl və digər metallar çıxarılaraq istismar edilir.

Hikmət Hacıyev deyib ki, son vaxtlar Ermənistan Cenevrə Konvensiyasını tez-tez xatırladır. Halbuki Ermənistan Cenevrə Konvensiyasını ən kobud formada pozan ölkədir. Prezidentin kömkəçisinin sözlərinə görə, Ermənistan mülki azərbaycanlılara qarşı cinayət və soyqırımları törədib. Dörd mindən çox azərbaycanlı girov və əsir barədə hələ də məlumat yoxdur. Ermənistan bu məsələdə beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində də əməkdaşlıq etmir.

Hikmət Hacıyev Ermənistanda Nikol Paşinyanın qəhrəmanlaşdırılması siyasətinin həyata keçirilməsinə çalışıldığını da diqqətə çatdırıb. Halbuki Nikol Paşinyan Soros Fondunun parlaq yetirməsidir. Bundan başqa, o, son dövrlər Ermənistanın silahlandırılması məsələsinə də aydınlıq gətirib. Hikmət Hacıyev bildirib ki, bu, Azərbaycan ictimaiyyəti və dövlətini ciddi narahat edir. Artıq bu məsələ Prezident İlham Əliyev tərəfindən Rusiya Prezidenti qarşısında da qaldırılıb.

Prezidentin köməkçsisi onu da əlavə edib ki, Suriya istiqamətindən də Ermənistana uçuşların artması və silah daşınması müşahidə edilir. Ermənistan Suriyada münaqişədə iştirak edir, həmin ölkədə şəxsi heyəti var. Bundan başqa, Ermənistan Suriyadan silahların alınması ilə bağlı ''qara ticarət''lə məşğuldur. Hikmət Hacıyev, son günlər Ermənistanda könüllülər adı altında hərbi qrupların yaradılmasına da münasibət bildirib. ''Biz bunu Ermənistanda demoqrafik böhranın bir təzahürü kimi qəbul edirik. Bu, Ermənistanın silahlı birləşmələrini komplektləşdirməkdə çətinlik çəkdiyini göstərir. Ermənistan rəhbərliyi ''bolşevik'' tipli silahlı birləşmələr yaratmaq istəyir ki, öz məqsədləri üçün istifadə etsin. Ermənistan müxtəlif ölkələrdən olan muzdluları ön xətdə yerləşdirir, onlar öləndə isə bu faktları gizlədirlər. Belə də təqdim edirlər ki, guya Ermənistan silahlı bölmələrində itki yoxdur",- deyə Prezidentin köməkçisi bildirib.

Xəbər lenti

Çox oxunanlar