Xəzər Xəbər

Goranboyda maşın ağaca çırpıldı - Ölən var VİDEO

Veb TV | 19:18 • 29 Avqust 2020
Goranboyda maşın ağaca çırpıldı - Ölən var

Bu gün rayon yolları qəzasız ötüşməyib. Goranboyda yoldan çıxan avtomobil iri çinar ağacına çırpılıb. Zərbənin gücündən avtombil deformasiyaya uğrayıb. 29 yaşlı sürücün meytini xilasedicilər avtomobildən çıxarıb. Salyanda isə iki avtomobil toqquşub və maşınlardan biri yoldan çıxaraq yaxınlıqdakı su kanalına düşüb. Qəza nəticəsində sürücülərdən biri aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

İdarəetməni itirən sürücü avtomobili ağaca çırpıb. Ağır qəza Goranboy rayonun Dəlimmədli -Xoylu yolunda qeydə alınıb.

29 yaşlı Məhərrəm Musayev minik maşını ilə hərəkətdə olarkən sükana hakimiyyəti itirib. Yoldan çıxan avtomobil iri çinar ağacına çırpılıb. Zərbənin gücündən avtombil deformasiyaya uğrayıb.

Hadisə yerinə FHN-nin xilasedicilər cəlb edilib, 29 yaşlı sürücün meyti avtomobildən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

Salyanda da ağır yol qəzası olub, 1 nəfər ölüb. Hadisə bu gün səhər saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kürqaraqaşlı kənd sakini, 68 yaşlı Sərdar Zeynalovun idarə etdiyi avtomobili başqa bir avtomobillə toqquşub. Toqquşma zamanı avtomobil yoldan çıxaraq yaxınlıqdakı su kanalına düşüb.Digəravtomobil isə ciddi zədələnərək yararsız hala düşüb.

Qəza nəticəsində sürücü Sərdar Zeynalov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Hər iki Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar