İlon Musk bu texnologiyanın yaddaş itkisindən tutmuş depressiya və görmə pozğunluğuna qədər müxtəlif sinir problemlərini və onurğa zədələnmələrini düzəldə biləcəyini açıqlayıb
"Neuralink" neyrotexnologiya şirkətinin rəhbəri İlon Mask mikroçip ilə beyinin idarə edilməsini təmin edən texnologiyanın təqdimatını keçirib.
İlon Mask bu texnologiyanın yaddaş itkisindən tutmuş depressiya və görmə pozğunluğuna qədər müxtəlif sinir problemlərini və onurğa zədələnmələrini düzəldə biləcəyini açıqlayıb.
Çip, musiqini birbaşa beyinə ötürmək və ya klaviaturaya toxunmadan düşüncə ilə yazma qabiliyyətini təmin etmək kimi məqsədlər üçün də istifadə edilə bilər. İnsanlarda istifadə edilməsi planlaşdırılan layihəyə görə, mikroçip qulağın arxasına yerləşdirilir və 4 kiçik elektroda birləşdirilir.
Çipin "Tesla" avtomobillərinin avtopilotunu idarə etmək üçün istifadə edilə biləcəyini ifadə edən Mask çipdən bir gün oyun oynamaq üçün də istifadə etməyin mümkün olacağını diqqətə çatdırıb.
Mask elektrodları beyinə qan damarlarını vurmayacaq qədər dəqiq yerləşdirə biləcək robota ehtiyacın olduğunu söyləyib.
Maskın təqdimatında implantın işləmə prinsipi çipin quraşdırıldığı donuzlar üzərində göstərilib. Sonra çip donuzdan götürülüb. Bu da çipin etibarlı şəkildə çıxarıla biləcəyini göstərir. Çip ABŞ-ın Qida və Dərman İdarəsi tərəfindən "irəliləyiş cihazı" adını alsa da, insan üzərində sınaqları hələ başlamayıb.
Çipin batareyası 1 gün boyunca kifayət edəcək. Bunun istehsalına başlanılıb satılması planlaşdırılır.
Cihaz internetə qoşula bilən hər cür elektron cihazın beyin siqnalları ilə idarə olunmasına imkan verir.