Çinin Şansi əyalətində ikimərtəbəli otelin çökməsi nəticəsində ən az beş nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Çinin Mərkəzi Televiziyası xəbər verir ki, hadisə avqustun 29-da yerli vaxtla səhər saat 9:40-da Syanfen qəzasının Linfen şəhər dairəsində baş verib. Hadisənin səbəbləri hələ ki, məlum deyil.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Əməliyyatlara 700-dən çox polis, yanğınsöndürən və xilasedici cəlb edilib. Həmçinin onlara çox sayda yerli sakin də kömək göstərir. İndiyə qədər dağıntılar altında qalan 37 nəfərdən 33-nü çıxarmaq mümkün olub.