Ermənistan ordusu zəifdir və buna görə də könüllülərin imkanlarından istifadə edilməsi məsələsi gündəliyə çıxarılır.
Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Sevil Mikayılova deyib.
Millət vəkili Ernənistanda "Müdafiə haqqında" qanuna dəyişikliklərin ictimai müzakirəyə çıxarılması məsələsini şərh edərkən bildirib ki, dəyişikliklərə əsasən ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur. Amma Ermənistan xəyal qurduğu məqsədlər elə onlar üçün xəyal olaraq qalacaq.
Ən maraqlı məqam isə budur ki, hazırda Ermənistan demoqrafik problem yaşayır və ön cəbhəyə çıxarmağa insan resursu yoxdur. Mərkəzi hakimiyyət orduya nəzarət edə bilmir, ona görə də ona etibar etmir.
Millət vəkili Sevil Mikayılovanın sözlərinə görə, atılan addımlara baxmayaraq hələ də Ermənistanın lazımi səviyyədə ordusu yoxdur. Odur ki, hansı addımları atsalar bu onlar üçün istədikləri niyyətə çatamğa imkan verməyəcək.
Millət vəkili həmçinin bildirib ki, Paşinyan öz hakimiyyətini qoruyub-saxlamaq üçün əlavə güc formalaşdırmağa çalışır. Bununla da daxili siyasətdə güc faktorundan daha fəal istifadə etməyə cəhd göstərir.
Sevil Mikayılovanın sözlərinə görə, yaradılan dəstələrə xaricdən muzdluların cəlb olunacağına əminlik var. Ermənistan bu muzdlular hesabına onsuz da olmayan ordusunu var etməyə çalışacaq. Amma istəklərinə nail ola bilmiyəcəklər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: