Xəzər Xəbər

Karantin qaydalarına əməl etməyənlər cərimələnir - REYD - VİDEO

Veb TV | 21:25 • 28 Avqust 2020
Karantin qaydalarına əməl etməyənlər cərimələnir -

Sumqayıtda karantin qaydalarını kobud şəkildə pozan fitnes klub aşkar edilib.

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü polis bölməsinin əməkdaşları və mobil işçi qrupun keçirdiyi reyd zamanı 45-ci məhəllədə qanunsuz olaraq fəaliyyət göstərən qadın idman zalının fəaliyyəti dayandırılıb.

Burada məşq edən 7 qadın və sahibkar Könül Rəcəbova barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimələr tətbiq olunub.

Goranboyda isə polis əməkdaşları Xınalı kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi Məhəbbət Həsənov və müştərilər- Teymur Həsənov, Vaqif Verdiyev, Sadiq Verdiyev və Rizvan Əmirahov saxlanılaraq rayon polis şöbəsinə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 200 manat məbləğində cərimə edilib.

Quba Yol Polis Bölməsinin əməkdaşları da rayon ərazisində sərnişindaşıma ilə məşğul olan şəxslərlə bağlı reyd keçiriblər. Reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Zaqatala və İsmayıllı rayon polis şöbələrinin əməkdaşları da ictimai iaşə müəssisələrində reyd keçirib. İri supermarketlərdə, gözəllik salonlarında, restoranlarda və digər qapalı məkanlarda Operativ Qərargahın müəyyən etdiyi qaydalara əməl etməyən şəxslər aşkarlanıb. Mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi məlum olub. O cümlədən gözəllik salonlarının sahibləri və onların müştərilərinin də qayda pozuntaları müəyyən edilib. Həmin vətəndaşlara cərimə protokolu tərtib olunub.

Reyd ictimai nəqliyyatda da davam etdirilib. Burada da bəzi sürücü və sərnişinlərin qoyulan tələblərə biganə yanaşdığı aşkarlanıb. Onların da barəsində qanuna müvafiq tədbirlər görülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar